Gürcüstan vətəndaşı qeydiyyatda olduğu ünvanda səs verir, lakin vətəndaşın faktiki ünvanı fərqlidirsə və səsvermə günü qeydiyyatda olduğu ünvana çata bilmirsə, ünvan dəyişdirilməsi mümkündür.

Yerində sizə doldurtduracaqları, təqdim olunmalı sənədlər:

  1. Yaşayış yeri sahibinin razılığı. Təsdiq olunması üçün sahibkarla birlikdə Ədliyyə Evinə gedə bilərsiniz və ya öncə siz gedin, daha sonra isə sahibkar getsin. Bunun üçün ərizə daxil edən şəxlə sahibkarın ayrı-ayrı Ədliyyə Evlərinə getməsi mümkündür.
    Və ya
  2. İki yetkin və səriştəli şəxsin vətəndaşın son 3 ay ərzində konkret ünvanda (nəzərə alın ki, bus şəxslərin səxsiyyətini təsdiq edən vəsiqələr lazım gələcək) yaşaması ilə bağlı yazılı təsdiqi.

Çıxarılmağa gəldikdə isə, bu aşağıdakı hallarda mümkündür:

  1. Şəxsin yeni ünvana qeydiyyatı zamanı ərizə əsasında;
  2. Yaşayış yeri sahibinin tələbi və ya iki yetkin, səriştəli şəxsin yazılı ərizəsi ilə.

Video təlimat üçün bağlantıya keçin👇