İnternet səhifəsi vasitəsilə seçki siyahısında özünü yoxlaya bilərsən👇

Şəxsi nömrənizi və soyadınızı daxil etdikdən sonra “Mən robot deyiləm”i işarələyib axtarış düyməsinə basmaq lazımdır, bundan sonra şəxsi məlumatlarınız görünəcək.

Burada eyni ünvanda qeydiyyatda olan seçicilərin siyahısı ilə də tanış ola bilərsiniz.

Əgər təsadüfən seçici siyahılarında sizin ünvanda yad adamın qeydiyyatdan keçdiyini görsəniz, onu asanlıqla silə bilərsiniz. Bunun üçün mənzil sahibi Ədliyyə Evinə (dövlət xidmətlərinin inkişafı agentliyi) ərizə yazmalıdır.

Vətəndaş siyahıda öz məlumatlarını yoxlayarkən, öz seçki məntəqəsi haqqında da məlumat ala bilər.